EN

Əlləri olmayan qız dünya çempionu oldu - VİDEO

18 yaşlı hindistanlı paraidmançı Şital Devi paraoxatma üzrə dünya çempionu olub.

Bizim.Media xəbər verir ki, finalda Devi əla nəticə göstərərək son raundda ardıcıl üç dəfə “onluq” hədəfə tuşladı və uzun müddət arzuladığı qızıl medalı qazanıb.

Bu idmançını unikal edən cəhət odur ki, o, atışları yalnız ayaqları, çiyinləri və hətta ağzı ilə yerinə yetirir.

Devin Paraolimpiya medalları, Asiya Oyunları qələbələri və dünya çempionatlarının mükafatlarını qazanıb. Lakin onun ən böyük arzusu dünya çempionluğu olub və o, bunu reallaşdıra bilib.

Devi uşaqlıqdan əllərinin yerinə ayaqlarını istifadə etməyi öyrənib, ağaclara dırmaşıb və bədənini möhkəmləndirib. Onun əzmkarlığı və istedadı ruh gücü və qələbə iradəsinin parlaq nümunəsinə çevrilib.


Bizim.Media

Chosen
2
2
bizim.media

3Sources