EN

“Bu gün böyük gündür” Tramp Netanyahu ilə görüşün detallarını AÇIQLADI

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bu gün böyük gündür, bəlkə də sivilizasiyanın tarixindəki ən böyük günlərdən biridir.”Bizim.Media xəbər verir ki, bunu Tramp Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.ABŞ prezidenti bildirib ki, İsrailin baş naziri onun plana razılıq verib: “ABŞ İsraillə yalnız Qəzza üzrə deyil, ümumilikdə Yaxın Şərqdə də nizamlanma, “əbədi sülh” əldə etmək imkanlarını müzakirə edir. Əgər HƏMAS razılaşsa, girovlar razılıqdan sonra ən gec 72 saat ərzində azad ediləcək. Razılıq olduğu halda müharibə dərhal dayandırılacaq”.

 

ABŞ lideri həmçinin qeyd edib ki, ərəb ölkələri Qəzzanın demilitarizasiyası və HƏMAS-ın silahsızlandırılması planına sadiqdir: “Əgər qüvvələr HƏMAS-ın infrastrukturu ilə məşğul olmayacaqsa, İsrail bizdən tam dəstək alacaq. Əgər HƏMAS imtina edərsə, İsrail etməli olduğu işi edəcək. Netanyahu Fələstin dövlətinə qarşıdır. mən onun mövqeyini başa düşür və hörmət edirəm, amma bu gün etdiyi İsrail üçün çox faydalıdır. İsraildə etirazçılar məni sevir və müharibəni bitirməyi və girovları geri qaytarmağı xahiş edirlər və bu baş verir”.

Tramp bildirib ki, İsrailin paytaxtı kimi Qüdsü tanıdığıma peşman deyil: “İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyıram. Mənim vəzifəm fələstinliləri öz talelərinə görə məsuliyyət daşımağa məcbur etməkdir. Tarix göstərib ki, İsraili məhv etməyə çalışanlar yoxa çıxıblar. İsrail dövləti məhv olmayacaq, onlar regiondakı bütün qonşu ölkələrlə sülh içində yanaşı yaşayacaqlar”.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
bizim.media

10Sources