EN

Azərbaycan taekvondoçuları III MDB Oyunlarında 3 qızıl medal qazanıblar – YENİLƏNİB

Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən III MDB Oyunlarının taekvondo yarışlarının ilk günü millimiz üçün uğurlu alınıb.

NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, yeddi çəki dərəcəsində keçirilən qarşılaşmalarda Azərbaycan taekvondoçuları yüksək nəticələr əldə ediblər.

Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) finalda rəqiblərinə qalib gələrək ölkəmizə ilk üç qızıl medalı qazandırıblar.

Qızıl medalçılarla yanaşı, Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) də finala qədər irəliləyiblər. Lakin həlledici görüşdə məğlub olan idmançılarımız gümüş medalla kifayətləniblər.

Taekvondoçularımız daha 6 bürünc medal da qazanıblar:

kişilərdə: Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kq)

qadınlarda: Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq), Nərgiz Kazımova (62 kq)

Beləliklə, yarışın ilk günündə Azərbaycan taekvondo millisi ümumilikdə 11 medal (3 qızıl, 2 gümüş, 6 bürünc) qazanaraq MDB Oyunlarına möhtəşəm başlanğıc edib.

***

18:05

Taekvondoçu Ziya Həsənli (63 kq) Azərbaycana III MDB Oyunlarında ilk qızıl medalı qazandırıb.

NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində taekvondo turnirinin finalı keçirilib.

Həsənli həlledici qarşılaşmada Rusiya təmsilçisi Eqor Lakini məğlub edərək çempion olub.

Bu qələbə Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qazanılan ilk qızıl medal kimi tarixə düşüb.

Azərbaycanın daha bir taekvondoçusu III MDB Oyunlarında qızıl medal qazanıb. Həlledici qarşılaşmada 46 kq çəki dərəcəsində çıxış edən Humay Dadaşova rəqibini məğlub edərək çempion olub. Bu qələbə Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qazanılan ikinci qızıl medal kimi tarixə düşüb.

Chosen
20
4
nocomment.az

10Sources