EN

Netanyahu Qətərdən üzr istədi

İsrailin baş naziri Benyamin Netanyahu Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tanidən İsrailin Dohaya hücumuna görə üzr istəyib. Metbuat.az xəbər verir ki, bu barədə İsrail televiziyası məlumat yayıb. Xəbərdə deyilir ki, üzrxahlıq Ağ Evdə Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşü zamanı edilib. Ağ Evdə Qətərin nümayəndələrinin də olduğu qeyd edilib. Mənbənin sözlərinə görə, Netanyahunun üzrxahlığı ABŞ-nin vasitəçiliyi ilə telefon danışığında edilib.

Qeyd edək ki, İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək səviyyəli rəhbərliyinə qarşı hava hücumu təşkil etmişdi.

Chosen
3
44
metbuat.az

10Sources