Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşüb.
Bu barədə Gununsesi.info-ya partiya sədrinin özü deyib.
“Ədalət müəllim məni 27 sentyabr 2025-ci il tarixli qurultayımızda yenidən Böyük Azərbaycan Partiyasının sədri seçilməyim münasibətilə təbrik etdi.
Görüş zamanı ölkəmizdə yaşanan siyasi dialoq mühiti, siyasi islahatlar, icra və qanunvericilik hakimiyyətləri arasında əlaqələrin inkişafı, çoxpartiyalı siyasi sistemin təkmilləşdirilməsinə dair dövlət dəstəyi, habelə həmrəylik mühitinin qorunmasının zərurəti haqqında geniş fikir mübadiləsi aparıldı.
Eyni zamanda, sonuncu qurultaydan sonra rəhbərlik etdiyim partiyanın qarşısında dayanan strateji vəzifələrdən bəhs etdim, sağlam və konstruktiv siyasi dialoq mühitinin bundan sonra da qorunması üçün BAP tərəfindən bütün lazımi işlərin görüləcəyini vurğuladım”.
Firuzə Mahmudova
GUNUNSESI.INFO
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.