EN

“Bu durum bizi narahat edir” – Anar Hacıyev “qara bazar” haqda

"Qarabağ”ın Çempionlar Liqasında Bakıda keçirəcəyi ilk oyundan əvvəl də ənənəvi bilet problemi yaşanır. Belə ki, biletlərin böyük hissəsi, 90 faizə yaxını satışa çıxan kimi tükənib, biletsiz qalan azarkeşlər isə “qara bazar”dan şikayətlənir.

Biletlər “iticket”də satılsa da, azarkeşlər bu məsələyə görə “Qarabağ” rəhbərliyini qınayır. Bəs klub bu problemdən xəbərdardımı? Axı azarkeşlər klubu qınayır. “Qarabağ”ın Kommunikasıyalar departamentinin direktoru Anar Hacıyevin cavabı:
“Ölkədə bilet satışını ən peşəkar şəkildə təmin edən şirkət “iticketdi”. İllər ərzində yaranan təcrübəyə dayanaraq biz də “iticket”lə əməkdaşlıq edirik. “Qara bazar”a görə azarkeşlərin klubu qınaması, əlbəttə, bizi narahat edir. Biz bunun qarşısını almaq üçün həm “iticket”, həm də hüquq-mühafizə orqanları ilə daim əməkdaşlıq edirik. Onlara da xüsusi təşəkkürümüzü bildiririk. Bizə bu məsələdə çox dəstək olurlar. Narahat durum yarananda bunu faktlarla bizə göstərə bilərlər ki, hüquq-mühafizə orqanlarına təqdim edək. Onlar da bu məsələlərlə bağlı operativ müdaxilə edir. “Qara bazar” problemi bizim gündəmimizdə və diqqət mərkəzimizdədi”.
MÜZƏFFƏR QULUZADƏ
Chosen
9
1
football-plus.az

2Sources