EN

Azərbaycan taekvondoçularından 3 qızıl, 2 gümüş, 6 bürünc medal

style='margin-bottom:10px;'>

Taekvondo üzrə milli komandamızın III MDB Oyunlarında 3 qızıl, 2 gümüş, 6 bürünc medala sahib çıxıb. 

QOL.az xəbər verir ki, taekvondoçularımızdan Ziya Həsənli  (63 kq) tarixi uğura imza ataraq III MDB Oyunlarının ilk qızıl medalını ölkəmizə qazandırıb.

Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) bütün rəqiblərini üstələyərək çempion olublar.

Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) gümüş, Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq), Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi - 87 kq) və Nərgiz Kazimova (62 kq) bürünc medallara sahib çıxıblar.

Chosen
41
1
teleqraf.com

2Sources