EN

Netanyahu ABŞ-a yola düşdü: Trampla görüş üçün hazırlıq

İsrailin baş naziri Benyamin Netanyahu Nyu-Yorkdan Vaşinqtona ABŞ prezidenti Donald Tramp ilə görüşmək üçün yola düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin baş nazirinin dəftərxanası məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu və onu müşayiət edən şəxslər Vaşinqtona uçublar”, – məlumatda deyilir.

Hökumət aparatının açıqlamasına görə, Netanyahu və ABŞ liderinin görüşü Ağ Evdə baş tutacaq. Görüşün sonunda iki ölkənin liderlərinin mətbuat üçün bəyanat verməsi gözlənilir.

Chosen
2
nocomment.az

1Sources