Ukrayna hərbçiləri FPV dronundan istifadə edərək Rusiyanın "Mi-28" helikopterini məhv ediblər.
Bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi ("Madyar") sosial mediada məlumat verib.
O bildirib ki, "Mi-28" helikopteri 59-cu briqadanın dron pilotları tərəfindən vurulub.