EN

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur

Bakı. Trend:

Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsiAzərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çinmünasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəaldialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçəngörüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çinəlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbərverir.

Trend xəbər verir ki, bufikirlər Prezident İlham Əliyevin milli bayram münasibətilə ÇinXalq Respublikasının Sədri Si Cinpinə ünvanlandığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı məktubunda həmçinin qeyd edib: “Aprelayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındahərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqındaBirgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyəqaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətinigücləndirmişdir”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan ilə Çinarasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslananmünasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisindəinkişafı məmnunluq doğurur.

Chosen
95
13
az.trend.az

10Sources