EN

Türkiyənin Kocaeli şəhərində Azərbaycan və Türkiyə şəhidləri anılıb

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

28 sentyabr 2025-ci il tarixində Türkiyənin Kocaeli şəhərinin Gəbzə ilçəsində Azərbaycan və Türkiyə şəhidləri anılıb.

Tədbir Azərbaycan və Türkiyə himnləri ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ehsan boyunca şəhid mahnıları və şeirləri səsləndirilib. Tanınmış jurnalist, Türk Ağsaqqalları Birliyinin sədr müavini Şərafət Şəfanın təşkilatçılığı ilə verilən ehsanda sakinlərlə yanaşı, qocaman hərbçilər də iştirak ediblər. Ehsanda halva, su, ayran və şirniyyat dağıdılıb.

Ş.Şəfa jurnalistlərə açıqlamasında bildirib ki, bu missiyanı davamlı olaraq həyata keçirəcəklər: “Bu ay Zəfər ayımızdır. Şəhid və qazilərimizi ehtiramla yad edir, onların qəhrəmanlıqlarını Türkiyədə gənclər və uşaqlar arasında daha geniş təbliğ etməyə çalışırıq. Bu bizim vicdan və vətəndaşlıq borcumuzdur. Yardımçım Fatma Haşımova ilə birlikdə bu yöndə davamlı olaraq layihələr həyata keçirəcək, iki qardaş ölkə arasında əlaqələrin inkişafına töhfələr, yeni qurduğumuz dərnəkdə azərbaycançılıq və türkçülük ideologiyasının təbliğinə dəstək verməyə çalışacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Onlar bizim baş tacımızdır! Zəfərin mübarək, Azərbaycan! Yaşasın Türk Dünyası, yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandanımız ki, bizə bu sevinci, bu qüruru yaşatdı!".

Qeyd edək ki, tanınmış jurnalist Türkiyədə yaşayır və Öz Kültür Mədəniyyət Dayanışma və Yardımlaşma Dərnəyinin rəhbəridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
icma.az

1Sources