EN

Bakıda İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, yüksəksəviyyəli rəsmilərin iştirakı ilə keçirilən açılış mərasimində COP29-un nəticələri müzakirə edilib.
Həmçinin "yaşıl" iqtisadiyyat, KOB-lar üçün bacarıqların inkişafı, iqlim qanunvericiliyi və ədalətli keçid mövzularında sessiyalar keçirilib.
Sözügedən sessiyalar çərçivəsində qlobal öhdəliklərin Azərbaycanda konkret fəaliyyətə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planlarının (NAP) transformasiyası, "yaşıl" maliyyənin səfərbər edilməsi və aidiyyəti qurumların gücləndirilməsi kimi mövzular müzakirə olunub.
Bununla yanaşı, həftənin birinci günündə sıfır səviyyəli emissiyaya keçid üçün iqlim qanunvericiliyi və aidiyyəti institutların gücləndirilməsinə həsr olunmuş parlament səviyyəli dəyirmi masa da təşkil olunub. Dəyirmi masada deputat və ekspertlər iqlim qanunvericiliyi sahəsində təcrübələr, eləcə də müstəqil məsləhət şuralarının rolu və özəl sektor investisiyalarının cəlb edilməsi barədə fikir mübadiləsi aparılıb.
Chosen
34
oxu.az

1Sources