EN

Benzema Avropaya qayıdır?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kərim Benzema Avropaya qayıtmaq şansına malikdi.“Benfika”nın yeni baş məşqçisi Joze Mourinyo “Əl-İttihad”ın hücumçusunu komandasında görmək istəyir. “Marca” qəzetinin məlumatına görə, 62 yaşlı mütəxəssis 37 yaşlı futbolçuya zəng edərək onu Portuqaliya klubuna dəvət edib. Lakin “Əl-İttihad” rəhbərliyi mövcud vəziyyəti nəzərə alaraq Benzema ilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləni yeniləməyi planlaşdırır. Səudiyyə Ərəbistanı klubunun Benzemaya birillik müqavilə təklif edəcəyi gözlənilir.Qeyd edək ki, Benzema vaxtilə “Real”da Mourinyonun başçılığı altında oynayıb. O, 2009-23-cü illərdə İspaniya klubunun formasını geyib. Mourinyo isə 2010-13-cü illərdə Madrid komandasını çalışdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
icma.az

2Sources