EN

Tramp və Netanyahu Qəzza üzrə sülh planını müzakirə edəcək

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağı üzrə sülh planını razılaşdırmağı planlaşdırırlar. Bu məsələ onların 29 sentyabr, bazar ertəsi günü keçiriləcək görüşündə müzakirə olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına açıqlamasında bildirib.

“Baş nazir Benyamin Netanyahu bir neçə saat ərzində prezidentlə görüşmək üçün gələcək və ümid edirik ki, bu sülh planı yekunlaşdırılacaq”, – deyə Ağ Evin nümayəndəsi qeyd edib.

Chosen
5
nocomment.az

1Sources