EN

Metroda X-Ray cihazları qidalarımız üçün təhlükəsizdir ? – Ekspert açıqladı

Azərbaycanda metro stansiyalarında sərnişinlərin və əşyalarının təhlükəsizliyini təmin etmək üçün istifadə olunan X-Ray cihazları qidaların tərkibinə heç bir təsir etmir.

Bakuinfo xəbər verir ki, Qida təhlükəsizliyi üzrə ekspert Fərid Səfərov bildirir ki, cihazlardan yayılan radiasiya çox aşağı səviyyədədir və qidalar, həmçinin sərnişinlər üçün tamamilə təhlükəsizdir. X-Ray cihazlarından keçən qidalar orta hesabla 0.2 millirad, sərnişinlər isə 0.02 millirad radiasiyaya məruz qalır. Qanuni limit isə 0.5 milliraddır, yəni qəbul edilən radiasiya il ərzində təbii radiasiyadan 200 dəfə azdır.

Ekspertin sözlərinə görə, X-Ray şüaları maddənin içindən keçərək yoluna davam edir və materiala radiasiya yükləmir. Hətta qida sənayesində rentgen qidaların sterilizasiyası və saxlama müddətinin uzadılması üçün istifadə olunur.

Chosen
73
bakuinfo.net

1Sources