EN

Rusiya Baş nazirindən MDB ölkələrinə yeni təklif

BAKI, 29 sentyabr. TELEQRAF

“MDB ölkələri üçün maliyyə sistemlərinin müstəqilliyi üzərində işi davam etdirmək vacibdir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Baş naziri Mixail Mişustin Minskdə MDB Hökumət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.

“Həmçinin texnoloji suverenliyi gücləndirmək lazımdır. Bu məqsədlə yeni birgə innovativ layihələri dəstəkləyəcək MDB-nin Elmi-Texnoloji İnkişaf Strategiyasının layihəsi hazırlanıb”, - baş nazir bildirib.

M.Mişustin qeyd edib ki, birlik ölkələri arasında iqtisadi əməkdaşlıq inkişaf edir və son 4 ildə qarşılıqlı ticarət 18 faiz artıb.

Chosen
80
teleqraf.com

1Sources