1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Kamçatka diyarında güclü zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi öz "Telegram" kanalında məlumat verib.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanlar sentyabrın 29-da yerli vaxtla saat 20:46-da (Bakı vaxtı ilə 12:46-da) qeydə alınıb. Təkanların maqnitudası 5.3-ə çatıb ki, seysmoloqlar bunu güclü zəlzələ hesab edirlər.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 86 kilometr şimal-şərqdə, Avaçinski körfəzi akvatoriyasında, ocağı 31 kilometr dərinlikdə yerləşib.
Bu zəlzələ iyul ayında baş vermiş güclü zəlzələdən sonrakı afterşok hesab olunur. Son 24 saat ərzində Kamçatkada maqnitudası 3.5-5.2 olan 13 oxşar hal qeydə alınıb.