Bakı. Trend:
Azərbaycan kimi Özbəkistan da, Orta Dəhlizi Qərblə Şərq arasındastrateji iqtisadi körpü kimi nəzərdən keçirir və Türk DövlətləriTəşkilatı çərçivəsində birgə sənaye layihələrini fəal şəkildətəşviq edir.
Bunu Trend-əÖzbəkistan Prezidenti yanında Strateji və RegionlararasıdAraşdırmalar İnstitutunun aparıcı elmi əməkdaşı Əzizcon KərimovTürk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin Bakıda keçirilənkonfransı çərçivəsində bildirib.
“Orta Dəhliz yalnız tranzit istiqaməti olmamalıdır. Türk dünyasıəməkdaşlığı inkişaf etdirməli və mövcud sənaye və intellektualpotensialdan istifadə edərək birgə iqtisadi layihələr həyatakeçirməlidir”, - deyə Kərimov vurğulayıb.
Kərimov həmçinin, ilk mərhələdə müxtəlif ölkələrin məhsullarınıbirləşdirəcək, sonradan isə genişmiqyaslı ortaq türk iqtisadilayihələrinin əsasını təşkil edəcək ümumtürk brendininformalaşdırılması perspektivinə toxunub.
“Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin sənaye vəxammal potensialından, eləcə də regionun insan kapitalındanistifadə türk dünyasının iqtisadi məkanını möhkəmləndirməyə imkanverəcək”, - deyə o yekunlaşdırıb.