EN

"White Hill Capital" Azərbaycan şirkətlərinin Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə çıxışına yardımçı olacaq

Bakı. Trend:

“White Hill Capital” Azərbaycan şirkətlərinin Mərkəzi Asiya vəYaxın Şərq bazarlarına çıxışına yardımçı olacaq.

Trend xəbər verirki, bu barədə “White Hill Capital”ı idarəedici tərəfdaşı AslanSultanov White Hill Capital və İnnovasiya və Rəqəmsal İnkişafAgentliyi arasında “INMerge Summit” çərçivəsində imzalanmış, yenivençur investisiya şirkətinin yaradılması haqqında Təsis sazişinintəqdimat mərasimində danışıb.

“Bu gün biz İRİA ilə birgə investisiya alətinin yaradılmasılayihəsini başa çatdırdıq. Bu çərçivədə agentlik vəsait yatıracaq,biz isə İRİA-nın hər 1 dollarına qarşılıq olaraq həmin alətə 2dollar yatıracağıq. Bu alət iki tip startapı maliyyələşdirəcək.Birincisi – Azərbaycanda fəaliyyət göstərən və əvvəlcə MərkəziAsiya ölkələrinə, daha sonra isə BƏƏ, Qətər və digər ölkələrəgenişlənmək istəyən startaplardır. İkincisi isə – Azərbaycanbazarına daxil olmaq, burada şirkət qurmaq, əməkdaşlar cəlb etməkvə vergi ödəmək istəyən şirkətlərdir”,- deyə o bildirib.

Sultanov qeyd edib ki, bu alətin köməyi ilə şirkət genişlənməyəcan atan Azərbaycan startapları üçün uğurlu bir yol xəritəsi yaradabiləcək.

“Bizim təcrübəmizə görə, lokal bazarın hüdudlarından tez çıxanşirkətlər kapitalizasiyada ən yaxşı artımı və uğurlu çıxışpotensialını əldə edirlər. Məhz bunu reallaşdırmağıplanlaşdırırıq”, – deyə o əlavə edib.

Chosen
17
az.trend.az

1Sources