EN

Kapital Bank: Fintech və telekommunikasiya əməkdaşlığı müştərilərə real üstünlüklər qazandırır

BAKI, 29 sentyabr. TELEQRAF

Fintech və telekommunikasiya sektorları arasında əməkdaşlığın müştərilərə real üstünlüklər qazandırır.

Teleqraf xəbər verir ki, bu barədə Kapital Bank ASC/BirBank-ın gündəlik bankçılıq ofis rəhbəri Zakir Xanməmmədov Bakıda keçirilən İnmerge İnnovasiya Sammitində bildirib.

Onun sözlərinə görə, artıq mobil tətbiq üzərindən balans xidmətlərinin inteqrasiyası həyata keçirilib.

“Müştərilər balanslarını görə, tarif planlarını idarə edə bilirlər. Bundan başqa, mobil operatorla əməkdaşlıq çərçivəsində yeni ‘güzəştli tarif’ təqdim etdik. Bu tarifdə bankçılıq yönümlü əlavə üstünlüklər – məsələn, ‘cashback’ qazanmaq imkanı mövcuddur. Bu da tam şəkildə ekosistem yanaşmasının bariz nümunəsidir,” – deyə Kapital Bank rəsmisi qeyd edib.

Gələcəkdə isə fırıldaqçılıqla mübarizə sahəsində də əməkdaşlıq imkanları var. Hazırda ən böyük təhlükə müştərilərə bank əməkdaşı kimi zəng vuran fırıldaqçılardır. Mobil operatorlar tərəfdən əlavə abunəçi məlumatları əsasında daha güclü sistemlər qurmaq mümkündür.

Amma bu, regiondan da asılıdır. Məsələn, Özbəkistanda telekommunikasiya ilə fintech əsasən banklar vasitəsilə inkişaf edir. Tənzimləyici baryerlərə görə telekommunikasiya sektoru yalnız infrastruktur səviyyəsində qalıb. Halbuki ölkədə hələ də çoxlu “unbanked” – yəni bank xidmətlərindən kənarda qalan əhali var və telekom bu xidmətlər üçün mühüm infrastruktur ola bilər.-deyə bank rəsmisi əlavə edib.

Chosen
16
teleqraf.com

1Sources