EN

Əməkdar artistin həkimə qədər ölüm faktı qeydə alınıb - TƏBİB

29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat daxil olub. 

Məlumata əsasən, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkimə qədər ölüm faktı qeydə alınıb.

Aysel Əkbər
Milli.Az

Chosen
5
40
milli.az

10Sources