EN

Bu ölkə qapılarını açdı: Bu peşənin sahiblərinə qeyd şərtsi icazə veriləcək

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Çin xarici texnologiya mütəxəssislərini ölkəyə cəlb etmək məqsədilə hazırladığı K vizası proqramını bu həftə həyata keçirir. 

Mütəxəssislərə görə, bu addım rəsmi Pekinin ABŞ ilə davam edən geosiyasi rəqabətdə mövqeyini gücləndirməyə yönəlmiş strateji gedişdir. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin son dövrlərdə daha məhdudlaşdırıcı olan viza siyasəti texnologiya sahəsində çalışan mütəxəssisləri alternativ ölkələrə yönəldərkən, Çin qapılarını açıb. Pekin “investisiya və istedad dostu ölkə” imicini möhkəmləndirməyi hədəfləyir. ABŞ-li miqrasiya hüquqşünası Matt MauntelMedici bu vəziyyəti belə izah edib: 

“Simvolik mesaj çox güclüdür: ABŞ maneələri artırarkən, Çin onları azaldır”. Avqust ayında elan edilən K vizası xüsusilə elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində təhsil almış gənc xaricilərə yönəlib. Proqram iş təklifi şərti olmadan ölkəyə giriş, oturma və işləmə icazəsi verir. 

Bu vəziyyət ABŞ-də karyera imkanları axtaran gənc istedadlar üçün cəlbedici bir alternativ kimi önə çıxır. Belə ki, Tramp administrasiyası texnologiya şirkətlərinin tez-tez istifadə etdiyi H-1B vizası üçün bu ayın əvvəlində illik 100 min dollarlıq ödəniş tələb ediləcəyini açıqlamışdı. 

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
1
cebheinfo.az

2Sources