EN

Azərbaycan 20 il ərzində 350 milyard dollara yaxın investisiya cəlb edib

Bakıda PAŞA Holdinqin təşkilatçılığı ilə iki günlük “INMerge Innovation Summit”i açılıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, son 20 ildə xarici investorlar Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın vəsait qoyublar.

Oxuməni.az “Vestikavkaza.ru”ya istinadla xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov “INMerge Innovation Summit”indəki çıxışında bildirib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, xarici şirkətlər və banklar son iyirmi ildə Azərbaycan iqtisadiyyatına 344 milyard dollardan çox sərmayə qoyub. Siyasətçinin sözlərinə görə, bu vəsaitlərin yarıdan çoxu neft sənayesinə cəlb edilib. Cabbarov Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin vacibliyini vurğulayıb.

“Azərbaycanın müasir iqtisadi siyasətinin əsasında diversifikasiya dayanır - neft və qazdan asılılığın azaldılması, eyni zamanda qeyri-neft sektorunda dinamik və dayanıqlı artımın stimullaşdırılması. Son iyirmi ildə bu yanaşma sayəsində 344 milyard dollardan çox investisiya cəlb edilmişdir ki, bunun da 210 milyard dollardan çoxu qeyri-neft iqtisadiyyatına yönəldilmişdir", - deyə Mikayıl Cabarb bildirib.

Natiq onu da bildirib ki, qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payı ildən-ilə durmadan artır. Nazir izah edib ki, təkcə son bir neçə ildə onun ölkə iqtisadiyyatında artımı 6,7%-ə çatıb. Cabbarov Bakıda keçirilən “INMerge Innovation Summit”ində bildirib ki, bu, Azərbaycanın rəqabət qabiliyyətinin artmasına və beynəlxalq əməkdaşlığının güclənməsinə dəlalət edir.

INMerge İnnovasiya Sammiti Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə keçirilir. Forumda 90 ölkədən 160-dan çox iştirakçı iştirak edir.

Almaz Həsənli

Chosen
31
1
oxumeni.az

2Sources