EN

Ürəyi ilə bacarmayanlar hər ilin bu günü YAD EDİLİR

29 sentyabr Ümumdünya ÜrÉ™k Günüdür. ÜrÉ™k Günü cÉ™miyyÉ™tin ürÉ™k-damar xÉ™stÉ™liklÉ™ri vÉ™ onların profilaktikası haqqında mÉ™lumatlılığını artırmaq mÉ™qsÉ™di daşıyır. 

Bizim.Media xəbər verir ki, bu gün ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə qeyd olunub.

Daha sonra bu təşəbbüsü Ümumdünya Səhiyyə Təşkilatı və YUNESKO da dəstəkləyib. 2011-ci ildən etibarən bayram hər il sentyabrın 29-da qeyd olunur.

Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri kimi insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçmədikləri göstərilir.

AraÅŸdırmalar göstÉ™rir ki, ürÉ™k vÉ™ qan-damar xÉ™stÉ™liklÉ™ri sÉ™bÉ™bi ilÉ™ dünyasını dÉ™yiÅŸÉ™nlÉ™rin É™ksÉ™riyyÉ™ti uzun müddÉ™t ürÉ™yindÉ™ yaranmış problemdÉ™n xÉ™bÉ™rsiz olur vÉ™ ölüm hadisÉ™si baÅŸ verdikdÉ™ digÉ™r insanlar bunu “vaxtsız ölüm” hesab edirlÉ™r.
 

Mütəxəssislər bildirirlər ki, xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir.


O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilirlər.

Şəfiqə Şəfa, Bizim.Media

Chosen
44
40
bizim.media

10Sources