EN

Bu il ali məktəbə qəbul olunmuş neçə nəfərin tələbə krediti müqaviləsi rəsmiləşdirilib? - AÇIQLAMA

Bakı. Trend:

Bu il ali təhsil müəssisəinə qəbul olmuş 5623 tələbə kreditiüçün müraciət edib. Onlardan 5000-dən çox tələbə ilə təhsil tələbəkrediti müqaviləsi rəsmiləşdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə KreditiFondundan məlumat verilib.

Bildirilib ki, 2025/2026-cı tədris ilinin payız semestri üzrəali təhsil müəssisələrinin bakalavriat və magistraturasəviyyələrinə qəbul olunmuş tələbələr təhsil tələbə krediti üçünmüraciətlərini Təhsil Tələbə Krediti Fonduna məxsus elektron portal(e-ttkf.edu.az) vasitəsilə uğurla həyata keçiriblər.

"Hər iki təhsil səviyyəsi üzrə müraciət prosesi portal.edu.azplatforması üzərindən təhsil qeydiyyatı aparıldığı müddətdə,paralel olaraq Fondun elektron portalı üzərindən də başlamışdır.Sözügedən dövr ərzində sistemə ümumilikdə 5623 müraciət daxil olubki, onlardan 5000-dən çox tələbə ilə təhsil tələbə kreditimüqaviləsi rəsmiləşdirilib. Fondun elektron portalı 24 iyultarixindən etibarən təhsil tələbə kreditinə müraciət üçün açıq elanolunub. Həmin tarixdən başlayaraq, yalnız magistratura səviyyəsinəyeni qəbul olunmuş bakalavrlar deyil, eyni zamanda ali təhsilmüəssisələrinin yuxarı kurs bakalavriat və magistratura tələbələri,həmçinin orta ixtisas təhsil pilləsi və peşə təhsili pillələrinintexniki və yüksək texniki peşə təhsili səviyyələrində təhsil alantələbələr də kredit üçün müraciət edə bilirlər.

Qeyd edək ki, 2025/2026-cı tədris ilinin payız semestri üzrətəhsil tələbə kreditinə müraciət dövrü cari semestrin sonunadəkdavam edəcəkdir",- deyə Fonddan qeyd edilib.

Chosen
43
4
az.trend.az

5Sources