EN

Ağcabədidə hərbçi qəzaya düşdü

Ağcabədi rayonunda hərbi qulluqçu avtomobilində qəzaya uğrayıb.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib. 1984-cü il təvəllüdlü Salman Alıyev sürdüyü 05-BX-026 dövlət nömrəli nişanlı VAZ-2107 avtomobilində idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb.
 
Hadisə nəticəsində sürücü ağır xəsarətlərlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Məlumata görə, S.Alıyev hərbi qulluqçudur.
 
Faktla bağlı araşdırma aparılır.
 
Chosen
16
2
moderator.az

3Sources