EN

Ermənistanda itkin əsgərlərin ailələri HƏRƏKƏTƏ KEÇDİ

Ermənistanda 44 günlük müharibədə itkin düşən hərbçilərin valideynləri Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, valideynlər Baş Qərargah rəisi Eduard Asryan və separatçıların “sabiq komandanı” Kamo Vardanianla görüş tələb edərək toplaşıblar.

Məlumata görə, onlar sentyabrın 27-də də etiraz aksiyası keçiriblər. Lakin həmin vaxt onlara görüşün bu gün keçiriləcəyi bildirilib. Hazırda etirazçılardan bəziləri Müdafiə Nazirliyinin binasında görüşdə iştirak edir.

Savaşda itkin düşən əsgərlərin yaxınlarından biri - Arsen Qukasyan bildirib ki, görüş bazar ertəsi baş tutmasa, onlar son çarəyə əl atacaqlar.

“Xalq bizi bağışlasın, amma biz kol­laps yaradacağıq, əsas yolları bağlayacağıq, ancaq hansıları olduğunu söyləməyəcəyik. Çünki bizə dəqiq vaxt deyilməyib və artıq 5 ildir gözlədiyimiz üçün vaxt itirmək istəmirik”, - deyə Qukasyan bildirib.

Musavat.com

Chosen
30
musavat.com

1Sources