Gəncə şəhəri 11 oktyabr 2020-ci il tarixində Emənistan ordusu tərəfindən bombalanan zaman xəsarət almış Bəxtiyar Heydərli Prezident İlham Əliyevlə görüşündən danışıb.
News24.az-ın məlumatına görə, o deyib:
"Prezident İlham Əliyevlə görüşmək mənə çox maraqlı təsir bağışladı. Hamılıqla və bir yerdə şəkillər çəkdirdik. Nilay, Xədicə, Hüseyn - hər kəs orada idi. Prezidentlə şəkil çəkdirməyimiz, onunla bir yerdə olmağımız mənim üçün unudulmaz oldu".
Məlumat üçün bildirək ki, bu gün Bəxtiyar Heydərlinin 9 yaşı olur.(Teleqraf)