EN

Prezident Məmmədhəsənovu təltif edib - Sərəncam

Prezident

Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Reyting.az
xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, məşhur "91"-lərdən olan Məmmədhəsənov Rafiq Musa oğlu Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. O, tibb elmləri doktoru (1990), professor, Əməkdar elm xadimi (2000), Tərəqqi medalı (2010) laureatıdır. Sabiq millət vəkili olan Rafiq Məmmədhəsənov YAP siyasi şurasının, Veteranlar Şurasının, Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür.
Chosen
45
15
reyting.az

4Sources