EN

İlanlarla dolu quyuya düşdü, 54 saat sonraxilas olundu

Çində qadın ilanlarla dolu quyuya düşüb və 54 saat köməksiz vəziyyətdə orada qalıb. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qin adlı qadının gəzintiyə çıxması və gözlənilmədən dərin quyuya düşməsi zamanı baş verib.

Onun  quyudan çıxmaq cəhdləri uğursuz olub. Bu müddət ərzində o, yorğunluqdan, ağcaqanad dişləməsindən və su ilanı sancmasından əziyyət çəkib. Ailəsi onun itkin düşdüyünü ertəsi gün bilib.  Onun oğlu kömək üçün Fövqəladə Xilasetmə Mərkəzi ilə əlaqə saxlayıb. Əməliyyatda termal görüntüləmə aparatı olan 10 mütəxəssis iştirak edib. Bir neçə saatdan sonra zəif kömək qışqırıqları eşidilib və qadın sıx bitki örtüyü altında gizlənmiş quyuda tapılıb. 

Qadın səthə çıxarılaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun iki qabırğasının sınması, ağciyərinin qismən çökməsi və qollarının ciddi zədələnməsi diaqnozu qoyublar. Onun vəziyyəti hazırda stabildir və həyatı üçün təhlükə yoxdur.

Chosen
31
6
redaktor.az

8Sources