EN

Zeynəb Xanlarovanın oğlu harada işləyir? - Detallar

Xəbər verdiyimiz kimi, ötən gün "Gülüstan" sarayında Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinin toyu olub.

Ucnoqta.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, sənətçinin oğul nəvəsi 25 yaşlı Zeynəb Babayeva Tamerlan adlı bəylə ailə həyatı qurub. O, Milli Məclisdə işləyir.

Z.Babayevanın atası Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. 

R.Babayev 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib və təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb.

Chosen
20
1
ucnoqta.az

10Sources