EN

Sankt Peterburqda tikinti meydançalarından yüzə yaxın miqrant polis bölmələrinə aparılıb

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sankt-Peterburqun Krasnoselski və Petrodvortsovı rayonlarında tikinti obyektlərində aparılan profilaktik reyddən sonra 100-ə yaxın xarici vətəndaş polis bölmələrinə aparılıb. Onların yarısının iş icazəsi ləğv ediləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Reyd zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tikinti sahələrində çalışan 300-ə yaxın miqrantı müəyyən ediblər.

“98 əcnəbi ölkədə qalmalarının və işlə təmin olunmalarının qanuniliyini təsdiq edən zəruri sənədlərin olmaması səbəbindən əlavə araşdırma üçün polis bölmələrinə aparılıb. Müəyyən edilib ki, 48 miqrant başqa təşkilatlar tərəfindən işlə təmin olunduğu halda tikinti obyektlərində qeyri-qanuni işləyir. Miqrasiya Xidməti onların iş icazələrinin ləğvi məsələsini nəzərdən keçirir”, - məlumatda deyilir. Daha 24 əcnəbi vətəndaşın qeydiyyat qaydalarını pozduğu müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar. Onlardan 5-i Rusiyadan deportasiya olunmaq təhlükəsi ilə üzləşib.

Miqrantların hancsı ölkə vətəndaşları olduqları barədə məlumat verilməyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
icma.az

1Sources