EN

Umayra Tağıyeva: İqlim risklərinin azaldılması üçün normativ-hüquqi baza formalaşdırılmalıdır

BAKI, 29 sentyabr. TELEQRAF

"Yaşıl maliyyənin cəlb edilməsi, karbon bazarlarının inkişafı və iqlim risklərinin azaldılması üçün normativ-hüquqi baza formalaşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Respublikasında istixana qazlarının emissiyalarının tənzimlənməsi haqqında” qanun layihəsini hazırlayıb".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib:

"Sənəd ölkədə buraxılan istixana qazlarının uçotunun aparılması və öhdəliklərin icrası üçün səmərəli qiymətləndirmə sisteminin yaradılması məqsədilə hazırlanıb. Digər bir nümunə isə hazırda nazirliklərarası baxışda olan tullantıların tənzimlənməsi və idarə olunması üzrə qayda layihəsidir. Əlbəttə, ətraf mühit və iqlim sahəsində qanunvericilik, institutlar və mexanizmlər yalnız tənzimləyici deyil, həm də təşviqedici və innovasiyaya yönəlik olmalıdır”.

Chosen
32
teleqraf.com

1Sources