Qəbələ, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə III MDB Oyunlarında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, Qəbələ Olimpiya İdman Kompleksində keçirilən fərdi yarışların final mərhələsində rusiyalı Yevgeni Dosovla üz-üzə gəlib.
Rəqibinə 0:3 hesabı ilə uduzan idmançımız ikinci yeri tutub.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.