EN

Umayra Tağıyeva: 2026–2030-cu illər üçün ekoloji fəaliyyət planı hazırlanır

Azərbaycanda 2026-2030-cu illər üçün ekoloji fəaliyyət planı hazırlanır.

APA xəbər verir ki, bunu Ekologiya Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirdəki çıxışında deyib

“2022-2026-cı illər üçün ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı hədəflər müəyyən olunmuş və bununla əlaqədar proqramın icrası təxminən 70% nüsbət nəticə vermişdir. İndi isə biz 2026-2030-cu illər üçün fəaliyyət planı hazırlayırıq. Bura yaşıllıqların artırılması, meşə idarəçiliyi, Xəzər dənizinin ətrafının mühafizə olunması, tullantıların düzgün idarə olunması, hidro-meteoroloji monitorinq xidmətinin genişləndirilməsi və s. daxildir”, - Umayra Tağıyeva bildirib.

Nazir müavini ölkədə bütün istixana emissiyalarının reysterə alınmasının və emissiyaların miqdarının izlənilməsinin təmin olunması üçün bir sistemin planlaşdırıldığını bəyan edib.

Umayra Tağıyeva Qarabağın “0 emissiyalı zona” ya çevrilməsinin hədəfləndiyini də əlavə edib.

Chosen
31
apa.az

1Sources