Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ağcabədi rayonunda hərbi qulluqçu avtomobilində qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində baş verib. 1984-cü il təvəllüdlü Salman Alıyev sürdüyü 05-BX-026 dövlət nömrəli nişanlı VAZ-2107 avtomobilində idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində sürücü ağır xəsarətlərlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, S.Alıyev hərbi qulluqçudur.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.