EN

Ağcabədidə qəza: hərbçi xəsarət aldı

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “qafqazinfo”ya istinadən bildirir ki, rayonun Muğanlı kəndində baş verən qəza zamanı hərbçi ağır xəsarət alıb.

Belə ki, 1984-cü il təvəllüdlü Salman Alıyev idarə etdiyi “VAZ 2107” markalı 05 BX 026 dövlət nömrəli nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik xəttinin dəmir şalbanına çırpılıb.

Qəza zamanı S.Alıyev ağır xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

S.Alıyevin hərbçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Chosen
20
6
konkret.az

7Sources