EN

Nazir müavini: COP29 ən uğurlu COP lardan biri olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 sentyabr, AZƏRTAC

COP29 ən uğurlu COPlardan biri olub. Həmçinin COP29 ən çox iştirakçı qəbul edib - 70 minə yaxın. İqlim sammitinə inklüzivliyi olan iştirakçıların və azlıq nümayəndələrinin qoşulması, eyni zamanda, pozitiv nəticələrin əldə olunması baxımından da çox uğurludur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) açılış mərasimində bildirib.

Tələblərin icraatdan asılı olduğunu diqqətə çatdıran nazir müavini qarşıda duran məqsədləri öhdəsinə götürən ölkələrin bunları icrası etmələrinin vacibliyini qeyd edib.

Yalçın Rəfiyev Nyu-Yorkda keçirilən iqlim həftəsində mühüm məsələləri müzakirə etdiklərini deyərək Azərbaycanda keçirilən COP29-un irsinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. "Xarici İşlər Nazirliyi olaraq, diplomatik bölmə yaratmışıq ki, iqlim dəyişikliyi prosesinə kömək göstərək", - deyə COP 29-un danışıqcısı qeyd edib.

Türkiyənin COP31-ə ev sahibliyi üçün müraciət etməsinə toxunan nazir müavini bu məsələdə qardaş ölkəyə dəstək veriləcəyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
2
azertag.az

3Sources