EN

7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan şəxslərin növbəti məhkəməsi keçirilib

Bakı. Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınlabağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrəməhkəmənin növbəti iclası keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəşahidlər ifadə verib.

Mərkəzdə direktor müavinivəzifəsində çalışmış Dilarə Şirinovaifadə verib.

O, bildirib ki, yanğın baş verən zaman hadisədən xəbəri olmaylbvə xəbər tutandan sonra mərkəzə gəlib.

“Mən çatandan artıq yanğın sönmüşdü. Mən həmin mərkəzdə 2001-ciildən çalışıram. 2023-cü ildə direktor müavini vəzifəsinə təyinolundum. Sonra mərkəzdə icbari tibbi sığorta tətbiq olundu. Bununlada struktur dəyişikliyi oldu”.

Şahid bildirib ki, perinatal mərkəzdə ciddi şəkildə tibb bacısıçatışmazlığı olub:

“Əvvəllər iki otaq fəaliyyət göstərirdi. Sonra bu otaq sayı 4-əçatdırıldı. Kim iş çoxluğuna etiraz edirdisə, həmin işçiyə ağ vərəqgöstərirdi”.

Şahid məhkəməyə verdiyi ifadə zamanı qeyd edib ki, mərkəzdəəvvəllər də yanğın baş verib:

“Mərkəzdə sanitar qovşaqda yanğın baş vermişdi. Lakin yanğınyayılmadan qarşısı alınmışdı. Sonra bu hadisə baş verdi. Yananotaqlarda 30-dan çox ekektrik yuvası var idi. Elektrik yuvalarınınbəzilərinə uzadıcalar da qoşulmuşdu. Bəzən də “tok” vurma hallarıbaş verirdi”.

Dilarə Şirinova bildirib ki, mərkəzin direktoru məzuniyyətdəolsa belə işlə maraqlanırdı:

“Mehriban Abasquliyeva məzuniyyətdə olsa belə xəstə sayı iləmaraqlanırdı. Mehriban Abasquliyeva deyirdi ki, necə edirsinizedin, müraciət edənlər artsın, xəstə sayı çox olsun. Xəstə sayı çoxolanda mərkəzin direktorunsan tutmuş xadiməyə kimi hər kəsin maaşıartırdı”.

Şahid əlavə edib ki, “Respublika Perinatal Mərkəzi” inzibatiqaydada fəaliyyət göstərir və orada direktorun vəzifələrini icraedir. Lakin xəstə qəbul olunmur. Bunun səbəbini isə TƏBİB-dənsoruşmaq lazımdır.

Məhkəmə 8 oktyabra təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika PerinatalMərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki vədaha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıqiki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayətişi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğunİstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya,reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşlarınintensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəkipalatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manatməbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci iltarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənintibbi təminat resursları və potensialını nəzərə almadan xəstəqəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisəninelektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəbolmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindənMərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiyaqurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmamasıvə elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinəbildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya vəintensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və DəstəkXidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradanqaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban AbasquliyevaCinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyiqaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünəsəbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsindəişləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkonlara həmin maddələrlə nəzərdə tutulan ittiham elanedilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində"Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqifİntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarovazərərçəkmiş qismində tanınıb.

Məqalədə:
Chosen
37
6
az.trend.az

10Sources