EN

MLS turunun əsas memi: “Orlando” futbolçusu hakimə yalvardı - FOTO/VİDEO

MLS çempionatında azarkeşlərin diqqətini “Orlando”nun müdafiəçisi Rodriqo Şleqel çəkib.

İdman.biz-in məlumatına görə, qarşılaşma zamanı sarı vərəqə alan futbolçu hakimə sarı vərəqə göstərməməsi üçün yalvarıb və hakimin qarşısında diz çöküb.

Hadisə hakimin kamerası ilə qeydə alınıb və tez bir zamanda sosial şəbəkələrdə yayılıb.

İstifadəçilər bu epizodu turun əsas memi adlandırıb və Şleqeli səma tərəfə baxan Uilyam Defo qəhrəmanına bənzədiblər.

Kadrlar dərhal sosial şəbəkələrdə məşhurluq qazanıb və ABŞ futbolunda həftənin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

İdman.biz

Chosen
13
1
idman.biz

2Sources