EN

“Barselona”nın baş məşqçisi: “Yamal gələcəkdə “Qızıl top”u qazana bilər”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yetirməsi Lamin Yamalın “Qızıl top” mükafatını qazana bilməməsi ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, alman mütəxəssis gənc futbolçunun gələcəkdə daha çox şanslarının olacağını qeyd edib.

“Biz “Qızıl top” uğrunda mübarizənin nəticəsini dəyişə bilmərik, amma Yamal növbəti mövsümdə yenidən cəhd edəcək”, - Flik “Real Sosyedad”la oyundan sonrakı mətbuat konfransında bildirib.

Qeyd edək ki, mükafatın sahibi PSJ-nin futbolçusu Usman Dembele olub, Yamal isə ikinci yeri tutub. Bir gün əvvəl “Barselona” “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub edərək İspaniya çempionatının turnir cədvəlində birinci pilləyə yüksəlib.

İdman.biz

Chosen
5
1
idman.biz

2Sources