EN

Əsas məsələ iqlim maliyyələşdirilməsidir -

Bizim qarşımızda duran əsas məsələ iqlim maliyyələşdirilməsi ilə bağlıdır. Müəyyən iqlim problemlərinin həlli üçün maliyyə dayanıqlığı təmin edilməlidir. Bütün dövlətlər bu məsələdə əməkdaşlıq etməlidirlər. Bu, COP30-un əsas məqsədlərindən biridir.Metbuat.az-ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin Davamlı Enerji üzrə xüsusi nümayəndəsi və "SEforALL" şirkətinin baş direktoru Damilola Ogunbiyi Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 tədbirində deyib
"Paris Müqaviləsinə əsasən bir çox müddəalar nəzərə alınmalıdır. İnkişaf itkilərini də unutmamalıyıq. Azərbaycanda isə xüsusilə enerji sahəsində atılacaq addımlar üzərində düşünməliyik. Real tədbirlər həyata keçirilməlidir. Bu istiqamətdə göstərdiyi liderliyə görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Mənim qitəmdə – Afrikada da bu mövzular böyük əhəmiyyət kəsb edir. Hər birinizə iqlim problemləri ilə mübarizəyə verdiyiniz töhfəyə görə təşəkür edirəm", - o qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
13
1
metbuat.az

2Sources