EN

Hazırda Azərbaycanın ÜDM-nin 80%-dən çoxu özəl sektorun payına düşür - Nazir müavini

Bakı. Trend:

2021–2024-cü illərdə Azərbaycanın qeyri-neft sektoru ortahesabla illik 6,7% artıb və hazırda milli iqtisadiyyatın 68%-nitəşkil edir.

Trend xəbərverir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini SəmədBəşirli Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

O vurğulayıb ki, son illərdə qeyri-neft ixracı, demək olar ki,iki dəfə artıb və bu, Azərbaycanın artan rəqabət qabiliyyətinitəsdiqləyir:

"Hazırda ÜDM-in 80%-dən çoxu özəl sektorun payına düşür. Eynizamanda, fiskal göstəricilər də möhkəmlənib. 2025-ci ildə dövlətbüdcəsinin gəlirləri 2017-ci illə müqayisədə iki dəfədən çox artıb.Strateji valyuta ehtiyatlarımız təxminən iki dəfə böyüyüb, dövlətborcu isə ÜDM-in cəmi 6,5%-nə enib ki, bu da dünyada ən aşağıgöstəricilərdən biridir.

S. Bəşirli qeyd edib ki, enerji siyasəti Azərbaycanın həminkişafının, həm də beynəlxalq nüfuzunun əsas dayağı olaraqqalır:

"Ölkəmiz həm ənənəvi resurslarda, həm də bərpaolunan enerjisahəsində etibarlı tərəfdaşdır. İri miqyaslı günəş və küləklayihələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşılenerji zonası” Azərbaycanın qlobal enerji keçidində fəal iştirakınıtəmin edir".

Məqalədə:
Chosen
16
2
az.trend.az

3Sources