BAKI, 29 sentyabr. TELEQRAF
Şair Əlisəmid Kürün (Cəfərli) müalicəsi Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin edilən pasiyentin vəziyyəti orta ağırdır.