EN

Bakıda "İnmerge" İnnovasiya Sammiti keçirilir

BAKI, 29 sentyabr. TELEQRAF

Bu gün Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə "İnmerge" İnnovasiya Sammiti işə başlayıb.

Teleqraf xəbər verir ki, 2 gün davam edəcək sammitin əsas məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Artıq 5-ci ildir ki, təşkil olunan sammitin ilk gününün açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqamsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov və innovasiya rəhbəri Tuğra Musayeva çıxış edəcək.

Chosen
79
teleqraf.com

1Sources