EN

“Qarabağ”a şok ittiham: "Deməli, onlarla əməkdaşlıq edirsiz” - nə baş verir?!

Oktyabrın 1-də “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində ilk ev oyununa çıxacaq. Rəqib isə bəllidi - “Kopenhagen”.

“Qarabağ” biletlərin satışa çıxarıldığı günün ertəsi artıq 27500 biletin sahibini tapdığını açıqladı. Azarkeşlər isə bilet tapa bilmədiklərinə görə klubu ən sərt şəkildə tənqid edirlər.

Fəzail Hacıyev: “Çox sağ olun ki, mənə VİP yer təmin etdiz - divan. 30 manat da pivə və məzələri. Bundan gözəl nə ola bilər? Sükanı belə saxlayın”.

Sərxan Lətifov: “Saatlarla vaxt itirdim, amma yenə də ala bilmədim. Düzgün deyil...”

Rəşad Seyidov: “Rəsmən camaatla məzələnirsiz”.

Xəyal Məmmədli: “Hamısını “qara bazar” alıb, biabırçılıqdı”.

Tural Nəbi: “Qara bazar”la bağlı tədbir görülmürsə, deməli, siz onlarla əməkdaşlıq edirsiz”.

Elxan Əliyev: “Mənə də bilet verin”.

Əliyeva Lamiyə: “15.00 satışa çıxır, çıxan kimi növbə götürürəm, 7000-ci adam oluram, sıram çatanda baxıram ki, ən ucuz 40 manatlıq sektorlara yer qalıb, qalan hamısı satılıb... Belə şey olmaz e...”

MÜZƏFFƏR QULUZADƏ

Chosen
39
1
football-plus.az

2Sources