EN

İsmayıllıda dəhşət: toy günü bəyi və 3 nəfəri bıçaqladılar – Foto - Təfərrüat

İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli şəxs saxlanılıb.

News24.az xəbər verir ki, sentyabrın 28-də gecə radələrində rayonun Talıstan kəndində şəxsi münasibətlər zəminində insident olub.

Hadisə nəticəsində rayon sakinləri – 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Məlumata görə, hadisə toydan sonra olub və bıçaqlananlardan biri Səid adlı bəydir.

08:12

***

Hadisə kənddə keçirilən toy mərasimi zamanı qeydə alınıb.

Belə ki, Talıstan kənd sakini 2002-ci il təvəllüdlü Elşən Babayev Səid adlı həmkəndlisinin toyunda iştirak edib.

O, daha sonra sərxoş vəziyyətdə qonaqlardan biri ilə mübahisə edib və məclisin keçirildiyi mağardan kənarda münaqişə yaşanıb.

Bu zaman bəy və digər şəxslər E.Babayevi sakitləşdirmək istəyib. Lakin Elşən bıçaqla bəy də daxil olmaqla 4 nəfərə xəsarət yetirib.

E.Babayev ilkin ifadəsində bildirib ki, məclisdə atası barəsində xoşagəlməz sözlər danışılıb. Buna görə də məsələni aydınlaşdırmaq istəyib.

Xəsarət alanlardan birinin vəziyyəti daha ağır olduğundan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.



Chosen
84
23
news24.az

10Sources