EN

Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirildi

Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, tədbir yeni istifadəyə verilmiş Gəncə şəhər stadionunda baş tutub.

Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, MDB Oyunlarının Təçkilat komitəsinin üzvləri, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.

Mərasim Azərbaycan bayrağının arenaya gətirilməsi və Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra iştirakçı ölkələrin idmançıları arenaya daxil olublar.

Daha sonra Milli Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəsmi çıxışı olub..

Ardınca MDB baş katibinin müavini Nurlan Seyitimov çıxış edərək hər kəsi salamlayıb. O, III MDB Oyunlarının xalqların idman birliyinin parlaq rəmzinə çevrildiyini söyləyib.

Azərbaycanın çövkən millisinin kapitanı Elçin Camallı, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Əsgərxan Novruzov və bədii gimnastika yarışları üzrə hakim Ləman Cəbrayılova yarışın şəffaf şəkildə keçiriləcəyinə and içiblər.

Azərbaycan Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Oktyabrın 8-də keçiriləcək bağlanış mərasimi də Gəncə şəhər stadionunda təşkil olunacaq.

saytlarin hazirlanmasi

Chosen
35
14
sportal.az

10Sources