EN

ABŞ Konqresi 2021-ci ildə Kapitolidəki iğtişaşlarda FTB-nin rolunu araşdırır

ABŞ

ABŞ Konqresi 2021-ci il yanvarın 6-da Prezident Donald Trampın tərəfdarlarının Kapitoli binasına hücumu zamanı Federal Təhqiqatlar Bürosunun (FTB) hansı rol oynadığını araşdırır.

"Report" xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri, Luiziana ştatından respublikaçı Mayk Conson CNN telekanalına açıqlamasında deyib.

Bu həftənin əvvəlində Tramp Kapitoli binasına hücum zamanı FTB əməkdaşlarını təxribatlarda ittiham edib, izdiham arasında 274 casusun olduğunu iddia edib.

"Çoxlu yeni suallar var, – deyə Conson bildirib. – Bu insanların bəziləri iğtişaşlarda necə iştirak ediblər? Onlar kütləni qızışdırıblarmı, etirazçıların içəri girməsi üçün qapıları açıblarmı? Suallar var və onlara cavab tapmaq lazımdır".

Xatırladaq ki, 6 yanvar iğtişaşlarından sonra ABŞ Konqresinin Nümayəndələr Palatası Kapitoliyə hücum ətrafında vəziyyəti araşdırmaq üçün xüsusi komitə yaradıb. Conson bəyan edib ki, hazırda Konqresdə xüsusi ikipartiyalı altkomitə fəaliyyət göstərir və "6 yanvar üzrə əvvəlki komitənin işini öyrənir, çünki onun fəaliyyətində çoxlu qərəz və saxtakarlıq olub".

Chosen
13
1
xalqcebhesi.az

2Sources