Azərbaycan Premier Liqası çərçivəsində keçirilən "Sabah"-"Sumqayıt" oyunu yarımçıq dayandırılıb.
Ölkə.az xəbər verir ki, buna səbəb stadionda işıqların sönməsi olub.
Belə ki, "Sabah" FK-nın ev oyunlarını keçirdiyi Masazırda yerləşən stadionda oyunun 28-ci dəqiqəsində işıqlar sönüb.
İşıqlar yandıqdan sonra isə oyun qaldığı yerdən bərpa olunub.(milli.az)